İkisi bir boyda...

23.07.2026

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İnsanın mənəviyyatını və əxlaqını itirməsi onun başına gələ biləcək ən böyük bədbəxtlikdir. Əxlaqdan məhrum olan birinin heyvandan əsla fərqi yoxdur, hətta beləsi heyvandan da betər bir məxluqa çevrilir. Xaricə qaçıb maddiyyat qarşılığında mənəviyyatını satan, Vətəninə xəyanət edən Tural Sadıqlı məhz belələrindəndir.

Aldığı qəpik-quruşun müqabilində qaza gəlib monitor arxasında pələngə çevrilən bu yaradılışın, əslində, nə qədər cılız biri olduğu cəmi 2 dəqiqə ərzində sübuta yetirilir. Özü də öz dili ilə iradəsiz olduğunu, sadəcə instinkt və reflekslərlə hərəkət etdiyini etiraf edir. Reflekslə hərəkət dedikdə isə rus alimi İvan Pavlovun məşhur təcrübəsini xatırlamamaq qeyri-mümkündür. Tamamilə eyni hal, eyni vəziyyət! Həqiqətən də insan belələrinin halına acıyır. Şər, böhtan, yaramazlıq və satqınlıq bu tayfa üçün bir həyat tərzi, loxma qazanmaq vasitəsidir.
İvan Pavlovun üzərində təcrübə apardığı canlı ilə arasında birbaşa bağlılıq olduğunu Tural Sadıqlı özü də təsdiqləyir. Sıradan bir paylaşımında itlə olan fotosunun üzərinə “Sizin də sözə baxmayan uşağınız var?” cümləsini yazmaq nə deməkdir? Bu satqın, mənəviyyatsız xainin bəşər övladına, ələlxüsus da uşaqlara yanaşmasındakı rəzalətə baxın! İti uşaq yerinə qoymaq nə deməkdir?! Sualı tərsinə də qoymaq olar: iti özünə övlad bilən birinin özü hansı statusdadır? Hər halda, bu bir etirafdır!
Turalın və onun kimilərinin sığındıqları yer xarici ölkələr olsa da, səsləri həmişə küçələrdən gəlir - eynilə iki gün öncə Almaniyada, Berlin küçələrində olduğu kimi! Ay sizi zəvzək Şnauzerlər!

Anar Şahmuradov
YAP Ağdaş rayon təşkilatı Aparatının ideoloji işlər üzrə məsləhətçisi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью