İkisi həm də sədr oldu

16.04.2025

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilənlərdən ikisi məhkəmə sədri təyin edilib.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, Fərid Əyyubov Abşeron, Xəyal Sarıyev isə Qaradağ Rayon Məhkəməsinin hakimi və sədri təyin ediliblər.

Elbəy Allahverdiyev isə aşağı instansiyaya-Xəzər Rayon Məhkəməsinə hakim göndərilib.

Sail Ağasəlim

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью