İkitərəfli əlaqələr daha da möhkəmlənəcək | Icma.az
Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Hər dövlət xarici siyasi kursu uyğun olan dövlətlərlə ikitərəfli əlaqələr saxlayır, onu davam və inkişaf etdirir.Azərbaycan dünyanın əksər dövləti ilə ikitərəfli qarşılıqlı əlaqələrə malikdir.
Bu əlaqələrin başlıca mahiyyəti siyasi əlaqələrdir, siyasi əlaqələrə əsaslanan iqtisadi əlaqələrdir.
Bu siyasi tezis Azərbaycanla Somali Federativ Respublikası arasında da mövcuddur və bu, Azərbaycan Respublikasının Prezidenti cənab lham Əliyevin cari ilin fevralın 12-də Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun Azərbaycana rəsmi səfəri ilə bağlı mətbuata verdiyi bəyanatında da öz əksini tapmışdır.
Dövlət başçımız Bəyanatda Bakıda imzalanmış bütün razılaşmaların həyata keçiriləcəyini, münasibətlərimizin daha yüksək səviyyəyə qaldırılacağına əminliyini bildirdirmişdir.
İkitərəfli münasibətlərdə təhsilə xüsusi əhəmiyyət verildiyini də xatırladan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dedi: “Azərbaycana sərmayələrin cəlb edilməsində və müsbət işgüzar mühitin yaradılmasında təcrübəmizi bölüşdüm.
Müzakirə etdiyimiz və edəcəyimiz sahələr sırasında, düşünürəm ki, ən vaciblərindən biri təhsil sahəsidir.
Bu gün həmin sahədə artıq ilkin nailiyyətlərimiz var. Somalidən bir sıra tələbə Azərbaycanda Heydər Əliyev adına təqaüd əsasında təhsil alır
Tam oxu
Xəbəri oxu