İkonik poza ilə tanınan idmançı məşhur serialda

10.01.2025

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Paris 2024 Olimpiya Oyunlarında heç bir avadanlıqdan istifadə etmədiyi və əlləri cibində rahat duruşu ilə bütün dünyada məşhurlaşan iştirakçı Yusuf Dikeç "The Day Of The Jackal" serialının qonağı olub. 

“Cebheinfo.az” xəbər verir ki, baş rolunda “Oskar” mükafatı laureatı Eddie Redmaynenin çəkildiyi serialın promosyonunda Yusuf Dikeç güzgünün qarşısında dayanaraq tapşırığını yerinə yetirdikdən sonra üzündəki maskanı çıxarır. 

“Yusuf Dikeçlə gerçəyi üzə çıxarmaq” başlıqlı videoda maskanın altından çıxan ad Eddi Radmaynedir. Aktyor serialda, maskalamaqda usta olan snayper rolunu canlandırır. Qeyd edək ki, yaponlar olimpiadadan sonra Yusuf Dikeçə böyük sevgi göstəriblər. Yaponlar Yusuf Dikeçə “MUKAKIN-OJISAN” ləqəbini veriblər. “MUKAKIN-OJISAN” isə oyuna çox pul xərcləməyən qoca deməkdir. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью