İKT sektoru üzrə göstərilmiş xidmətlərin dəyəri artıb

19.03.2026

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda informasiya və rabitə (İKT) müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri 608,6 milyon manat təşkil edib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,2 % çoxdur.

Bu sahədə əldə edilmiş gəlirin 67,7 %-i əhali sektorunun payına düşüb.

Təkcə fevralda isə informasiya və rabitə müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri 292,5 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 4,3 % çoxdur.

Xatırladaq ki, 2025-ci ildə Azərbaycanda informasiya və rabitə müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri 2024-cü illə müqayisədə 8,7 % artaraq 3 milyard 989 milyon manat olub.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью