İKT şirkətlərinin nümayəndələri ilə dövlət özəl sektorunun əməkdaşlığı müzakirə olunub

28.01.2026

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 28 yanvar, AZƏRTAC

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycanın qabaqcıl İKT şirkətlərinin nümayəndələri ilə görüş keçirib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüş zamanı ölkəmizdə İKT sahəsinin inkişafı, prioritet istiqamətlər və dövlət-özəl sektor əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib.

Eyni zamanda, şirkətlərin fəaliyyətində qarşılaşdıqları əsas çətinliklər və onların həlli yolları barədə fikir mübadiləsi aparılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью