İKTA ya il ərzində 215 müraciət daxil olub | Icma.az
Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) çoxmənzilli yaşayış binalarında sakinlərin internet telekommunikasiya xidməti göstərən operator və provayderi sərbəst seçmək hüququnun qorunması, operator və provayderlərə bərabər şərait yaradılması istiqamətində fəaliyyətini davam etdirir.
"Unikal" xəbər verir ki, son 1 il ərzində İKTA-ya 194 yaşayış kompleksində operator və provayderi sərbəst seçmək hüququnun təmin edilməsi, operator və provayderlərə bərabər şəraitin yaradılması ilə bağlı 215 müraciət daxil olub.
İKTA tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 83 müraciət üzrə çoxmənzilli yaşayış binalarında 1 internet provayderinin fəaliyyət göstərdiyi aşkar edilib.
Bundan əlavə, 80 müraciət üzrə 2, 36 müraciət üzrə isə 3 və daha artıq internet provayderinin fəaliyyət göstərdiyi müəyyən olunub.
Hazırda tənzimləyici qurum tərəfindən 16 müraciət üzrə məsələnin araşdırılması həyata keçirilir.
İKTA tərəfindən atılmış addımlar nəticəsində 17 müraciət müsbət həllini tapıb.
Belə ki, müvafiq MTK-lar və idarəedici təşkilatlar tərəfindən internet operator və provayderlərə həmin binalarda fəaliyyət göstərmək imkanı yaradılıb.
Tam oxu
Xəbəri oxu