“İl sonuna qədər bu rəqəmi 5 milyona çatdırmağı planlaşdırırıq”

25.09.2026

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

“2019-cu ildə süni intellekt strategiyası olan təxminən 30 ölkə var idisə, bu gün öz AI strategiyasını qəbul etmiş 100-dən çox ölkə mövcuddur”.

“Qafqazinfo” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov “İntellektual iqtisadiyyatlar: süni intellekt, innovasiya və rəqəmsal transformasiya” sessiyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu sahədə ilk addım atanların bəziləri artıq öz süni intellekt strategiyalarının ikinci və ya üçüncü versiyasını tətbiq edir: “Hətta ən inkişaf etmiş ölkələr belə bəzən öz baxışlarını və strategiyalarını həyata keçirməkdə, icra etməkdə çətinlik çəkirlər. Buna görə də bu gün söhbət təkcə baxışdan, yəni vizyondan getmir, həm də icra prosesinin sürəti və keyfiyyətindən gedir”.

R.Həsənov bildirib ki, hazırda bu sahədə Azərbaycan üçün də doğru zamandır: “Rəqəmsallaşma ilə bağlı ən son sənəd bu ilin fevral ayında baş tutdu. Belə ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı”nı qəbul etdi. Bu sənəd rəqəmsal inkişafın dörd əsas sütununu əhatə edir və 56 təşəbbüsü əhatə edir.

Dövlət sektorunda rəqəmsallaşma Azərbaycanda böyük irəliləyiş əldə edib. Bu gün “myGov” platformasının 10 milyonluq ölkə əhalisi üçün 4 milyondan çox istifadəçisi var. Düşünürəm ki, 4 milyon istifadəçi dövlət xidmətlərinin rəqəmsallaşdırılması üçün çox faydalı bir başlanğıcdır və bu ilin sonuna qədər bu rəqəmi 5 milyona çatdırmağı planlaşdırırıq. Çox sayda dövlət xidməti artıq rəqəmsallaşdırılıb və ya rəqəmsallaşma yolundadır. Dövlət qurumları Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə rəqəmsallaşma yol xəritələrini qəbul edirlər və biz onlara bu yol xəritələrini icra etməkdə kömək edirik”.

Günel İbrahimova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью