İlahə Fəda: “Onun bu yaxşılığını unutmuram”

08.06.2026

Adelet.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Müğənni İlahə Fəda  illər sonra xalq artisti Röya ilə bağlı  münasibətlərindən danışıb.

Adalet.az bildirir ki, o, Röya ilə münasibətlərinin illər əvvələ söykəndiyini açıqlayıb:

“Bacım (red: Fədayə Laçın) həbs olunanda  sənət dostlarımız arasında ilk zəng edənlərdən biri də Röya oldu. Mən  bu zəngi gözləyirdim. Röyanın necə mərd olduğuna bələd idim. İllər əvvəl  restoran biznesi ilə məşğul idik. Röya orda oxuyurdu. Biz yaxın idik. Roya da sağ olsun ki, bu münasibəti itirməyib.Fədayə ilə çox maraqlandı, mənə dəstək oldu. Ən çətin məqamlarımda əlimdən tutdu.  Həm maddi, həm mənəvi dəstəyini əsirgəmədi. Mən bunu heç vaxt unutmuram”.

Əntiqə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью