Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Azərbaycan Şahmat Federasiyasının baş katibi və yeniyetmələr arasında sabiq dünya çempionu İlahə Qədimova Türkmənistanın paytaxtı Aşqabadda şahmatsevərlərlə görüşüb.
XQ xəbər verir ki, tədbir çərçivəsində tanınmış qrossmeyster iştirakçılara öz şəxsi təcrübəsini ötürüb, həmçinin debüt hazırlığının incəlikləri və yarış zamanı tətbiq olunan psixoloji taktika barədə ətraflı məlumat verib.
İlahə Qədimova qeyd edib ki, bu cür təşəbbüslər gələcəkdə beynəlxalq səviyyəli yeni çempionların yetişdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.