Azvision saytından alınan məlumata görə, Icma.az bildirir.
AzVision.az xəbər verir ki, “AS” portalının dərc etdiyi video-materialda 42 yaşlı braziliyalı ibadət zamanı maraqlı ifadə işlədib.
“İlahinin işlərinə ciddi yanaşmalıyıq. Mən buna sübutam. Mən Allahla əhd bağlamışam”, - Dani Alves deyib.
2024-cü ilin martında həbsdən çıxdıqdan sonra Alves bir neçə dəfə publik çıxış edib və sosial mediada müxtəlif dini mesajlar yayımlayıb. “İnstaqram” tərcümeyi-halında indi onun “İsa Məsihin şagirdi” olduğu bildirilir. Keçmiş futbolçu ən azı bir ildir ki, bölgədəki yevangelist kilsələri ziyarət edir.
Xatırladaq ki, Dani Alves 2023-cü ilin yanvarında Barselonada gecə klubunda cinsi təcavüzə görə həbs olunub. 2024-cü ilin fevralında o, dörd il yarım həbs cəzasına məhkum edildə də, 2025-ci ilin martında udduğu apellyasiya şikayətinə qədər tezliklə 1 milyon avro maddi girov müqabilində sərbəst buraxılıb.
Zorlama ittihamlarından sonra Alveşin həyat yoldaşı onu tərk edib, 2022-ci ilin iyulunda isə onun keçdiyi Meksikanın “Pumas” klubu futbolçu ilə müqaviləni ləğv pozub.
Dani Alves Braziliya millisi və “Barselona”, “Sevilya”, “Juventus” və “PSJ” kimi klublarda karyerası ərzində 43 mükafat qazanıb. Bu parametr üzrə o, yaknız məşhur futolçu Lionel Messidən geri qalır.
Sahil İsgəndərov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin. “İlahinin işlərinə ciddi yanaşmalıyıq. Mən buna sübutam. Mən Allahla əhd bağlamışam”, - Dani Alves deyib.