Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Bu mövzu cəmiyyətimiz üçün mühüm və maarifləndirici bir məsələdir.
Dinimizə görə, qurban kəsmək ibadəti müəyyən qaydalar və şərtlərlə icra olunur.
Qurbanlıq heyvanların hansı növlərdən olması, onların sağlam və şəriətin bildirdiyi şərtlərə uyğun seçilməsi, həmçinin qurban niyyəti ilə deyildikdən sonra nə qədər vaxt ərzində kəsilməli olduğu İslam hüququnda ətraflı şəkildə izah olunub".Bu sözləri Demokrat.az-a açıqlamasında ilahiyyatçı Əkrəm Həsənov deyib.O bildirib ki, İslamda qurbanlıq heyvanlar yalnız qoyun, keçi, inək, camış və dəvə ola bilər:"Bu heyvanların hər biri müəyyən yaş və fiziki sağlamlıq şərtlərinə cavab verməlidir.
Qoyun və keçi ən azı bir yaşında olmalıdır, lakin altı aylıq sağlam və iri qoyun da bir yaşlı kimi görünürsə, o da qurban edilə bilər.
İnək və camış ən az iki yaş, dəvə isə beş yaş tamam olmalıdır.
Qurbanlıq heyvan sağlam, topal olmayan, kor olmayan, çox zəif və xəstə olmayan, qulağının və ya buynuzunun yarısından çoxu kəsilməmiş, quyruğu tam olmayan, südü kəsilmiş və ya dişlərinin çoxu tökülmüş olmayan heyvanlardan seçilməlidir.
Çünki Peyğəmbərimiz (s) belə qüsurlu heyvanların qurban edilməsini qadağan etmişdir.Qurbanlıq heyvan "qurban niyyəti" ilə ayrıldıqda, bu heyvan artıq ibadət məqsədilə ayrıldığı üçün ona xüsusi münasibət göstərilməlidir.