Sitat.info saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bu gün - martın 2-də tanınmış ilahiyyatçı və ictimai xadim Hacı Şahinin vəfatından 2 il ötür.
Sitat.info 2 il öncə vəfat edən azərbaycanlı ilahiyyatçı, din xadimi Hacı Şahin haqqında maraqlı faktları təqdim edir: Şahin Hüseyn oğlu Həsənli 7 iyul 1974-cü ildə Bakı şəhəri Yasamal rayonunda dünyaya gəlib.
Atası iqtisadçı, anası müəllim olub. Əkiz qardaşı ilə o evin kiçik uşaqları olublar.
Onun ailəsi Yasamalda məşhur “müəllimlər binası”nda yaşayıblar. Yay tətillərində Göyçayda qalan bibisigilə qonaq getməyi çox xoşlayıb.
Şahin Hüseyn oğlu Həsənli 1981-ci ildə Bakı şəhər 189 saylı orta məktəbin rus bölməsində oxuyub.
1991-ci ildə Azərbaycan Texniki Universitetinin Maşınqayırma fakültəsinə daxil olub. 1999-cu ildə ADTU-dakı təhsilini bitirib.
2001–2004-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində ikinci ali təhsil alıb.