İlahiyyatçı: Həcc ibadət olduğu üçün ora uşaqların aparılması doğru deyil | Icma.az
Sherg.az saytına istinadən Icma.az xəbər verir. Həcc ibadətini icra etmək üçün müsəlman həddi buluğa çatmış və mükəlləf olmalıdırHəcc ziyarə
Amma çox güman ki, bu, ərəbistanlılara aiddir. Ümumən, biz körpə uşaqları aparmırıq. 12 yaşdan yuxarı uşaqların getməsinə icazə veririk.
Kimsə aparmaq istəsə, tövsiyə edirik ki, uşaq orada əziyyət çəkəcək.
Məsələn, bu il müraciət edən zəvvarlardan biri uşaqlarını aparmaq istəyirdi, bizdən tövsiyə aldı, biz də bildirdik ki, uşaq üçün təhlükəlidir", - o qeyd edib.Məsələni dəyərləndirən ilahiyyatçı Tural İrfan “Sherg.az”a açıqlamasında deyib ki, ziyarətə uşaqların aparılmasına dair bir qadağa yoxdur:“Amma ölkəmizdə məsul din xadimləri ziyarətlə ibadəti fərqləndirib cəmiyyətə doğru məlumat vermədiyinə görə insanlarda çaşqınlıq yaranır.
Həcc ziyarət yox ibadətdir. İbadətin isə icra edilməsi üçün bəzi şərtlər var. Bunlar həddi buluğa çatmaq, ağıllı və sağlam olmaqdır.
Əgər söhbət Həccdən gedirsə maddi imkan da vacib nüanslardandır. Ziyarət isə fərqlidir və sərbəstdir.
Tutaq ki, hansısa seyyid, övliya, İmamı ziyarət etmək kimi. Belə ziyarətlərə uşaqları aparmaq olar, bəlkə də müsbətdir.
Ən azı məlumatlı olarlar. Amma Həcc isə ibadət olduğu üçün ora uşaqların aparılması doğru deyil və onlar mükəlləf deyillər.
Tam oxu
Xəbəri oxu