Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.
Almaniyanın Hörşinq şəhərində polis qaraj kompleksindəki qaraj sahiblərindən zəng alıb.
Lent.az xarici mediaya istinadən bildirir ki, narahat sakinlər ilan barədə məlumat veriblər.
Polis yanğınsöndürənlərin sürünəni xilas etməsini gözləyərkən, kəskin kannabis qoxusu hiss ediblər.
Hadisə yerindən təxminən yüz metr aralıda polis əməkdaşları 27 yaşlı yerli sakin və onun dostunun narkotik istifadə etdiyini görüblər. Onların üzərindən beş qram marixuana tapılıb və onu şəxsi istifadə üçün aldıqlarını etiraf ediblər.
Hər ikisi saxlanılıb, lakin sonradan sərbəst buraxılıb. Bu vaxt gələn yanğınsöndürənlər ilanı qarajdan çıxararaq yaxınlıqdakı təbiət qoruğuna buraxıblar.