İlan sancan əməkdar artistin SON VƏZİYYƏTİ KONKRET

21.08.2026

Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Aktyor Elnur Kərimovda ilan zəhərlənməsi təsdiqlənməyib.

KONKRET.az xəbər verir ki, bu məlumatı Oxu.Az-a açıqlamasında Kliniki Tibbi Mərkəzin (KTM) mətbuat katibi Ruzbeh Məmməd deyib.

“İyulun 24-də 1981-ci il təvəllüdlü şəxs (kişi) ilan sancması şübhəsi ilə Kliniki Tibbi Mərkəzin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə qəbul edilib. Aparılan müayinələr nəticəsində şəxsdə ilan zəhərlənməsi təsdiqlənməyib. Vətəndaş ambulator müalicə üçün evə buraxılıb”, – deyə R.Məmməd bildirib.

***11:49

Əməkdar artist Elnur Kərimovu ilan sancıb.

KONKRET.az xəbər verir ki, bu barədə aktyor sosial şəbəkədə xəstəxanadan foto paylaşaraq yazıb:

“Bir bu ilan qalmışdı sancmayan”, “İlan sancması yaman olurmuş”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью