Icma.az, Axsham.az portalına istinadən məlumat verir.
Xəbər verdiyimiz kimi, Əməkdar artist Elnur Kərimovu bir müddət əvvəl ilan sancıb.
Axşam.az-a açıqlamasında aktyor səhhəti ilə bağlı son vəziyyəti danışıb. O, müalicəsinin davam etdiyini və qanında laxtalanma problemi yarandığını bildirib:
"Kimsəsiz itlər var, onlara yemək verməyə getmişdim. Həmin ərəfədə sancıb, bilməmişəm ki, ilan vurub. Həkimlər dedilər ki, dişlərinin izi var. İlkin müdaxilə edilib, amma şişib, izləri qalıb. Yaxşı müalicə olunuram. Analizlərdə qanın laxtalanması ilə bağlı problem görünür. Hazırda bunun qarşısını almaq üçün müalicə aparılır".
Aktyor heyvanlara qarşı zorakılığa münasibətini də açıqlayıb:
"Deyirlər ilan ölüb. Belə bir şey yoxdur. Heyvanlara şiddətə nifrət edirəm. Mənim özümüm nə qədər heyvanım var".