İlber Ortaylı xəstəxanaya yerləşdirildi

05.12.2024

Icma.az, Publika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyənin məşhur tarixçi alimi İlber Ortaylı xəstəxanaya yerləşdirilib.

Publika.az xəbər verir ki, ötən gün halı psiləşən Ortaylının xəstəxanaya yerləşdirildiyi məlum olub.

Ortaylının son durumu ilə bağlı jurnalist Fatih Altaylı açıqlama verib. O, tarixçinin şəkər xəstəliyindən qaynaqlanan bəzi xəstəlikləri olduğunu və ayağındakı yaranın infeksiyalaşaraq fəsadlar törətdiyini bildirib.

Qeyd edək ki, ötən gün Ortaylı “TV100”-də Okan Bayülgenin aparıcılığı ilə yayımlanan "Muhabbet Kralı" verilişinin canlı yayımına qatılıb. Proqramın gedişatında onun halı pisləşib. İlber Ortaylı "Başqa vaxt davam edək" deyərək verilişi tərk edib.

Aysel Şahmar

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью