Icma.az bildirir, Lent az portalına istinadən.
İsti və rahat hava turistlərin istirahət məkanı seçərkən diqqət yetirdiyi əsas amillərdən biridir. Heç kim böyük məbləğ ödəyib sonda soyuq hava və yağış səbəbindən vaxtını qapalı məkanda keçirmək istəmir.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, xoşbəxtlikdən, dünyada ilboyu isti hava şəraitinin hökm sürdüyü kifayət qədər ölkə və şəhər var. Burada həm şəhər gəzintisi etmək, həm safariyə çıxmaq, həm də dəniz istirahətindən zövq almaq mümkündür.
Ekspertlər eyni zamanda xəbərdarlıq ediblər ki, bu məkanların bir çoxunda ilboyu isti olmasının əsas səbəbi onların ekvatora yaxın yerləşməsidir. Bu ərazilərdə hava adətən soyuq olmur, lakin yağışlı mövsümə rast gəlmək mümkündür. Bununla belə, yağışlar çox vaxt uzunmüddətli deyil, qısa və güclü leysan xarakteri daşıyır.
İlboyu isti olan 14 ən yaxşı məkan
Seyşel adalarında orta temperatur 30°C-dir. Ən isti aylar mart və aprel, ən yağışlı ay isə yanvardır. Keniyada orta temperatur 30°C təşkil edir. Ən isti ay fevral, ən yağışlı ay apreldir.
Misirdə orta temperatur 32°C-dir. Ən isti ay avqust, ən yağışlı ay fevral hesab olunur. Maldiv adalarında orta temperatur 28°C-dir. Ən isti ay aprel, ən yağışlı ay isə sentyabrdır.
Tailandda orta temperatur 28°C-dir. Ən isti ay aprel, ən yağışlı ay sentyabrdır. Kanar adalarında orta temperatur 21°C təşkil edir. Ən isti ay avqust, ən yağışlı ay dekabrdır.
Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində orta temperatur 28°C-dir. Ən isti ay avqust, ən yağışlı ay fevraldır. Tanzaniyanın Zanzibar bölgəsində orta temperatur 26°C-dir. Ən isti ay fevral, ən yağışlı ay apreldir. Braziliyanın Rio-de-Janeyro şəhərində orta temperatur 24°C-dir. Ən isti ay fevral, ən yağışlı ay dekabrdır.
Arubada orta temperatur 28°C-dir. Ən isti ay sentyabr, ən yağışlı ay noyabrdır.
Namibiyada orta temperatur 20°C-dir. Ən isti ay dekabr, ən yağışlı ay fevraldır.
Meksikada orta temperatur 26°C-dir. Ən isti ay avqust, ən yağışlı ay sentyabrdır.
Malayziyanın Langkavi bölgəsində orta temperatur 28°C-dir. Ən isti ay mart, ən yağışlı ay oktyabrdır.
Mavrikidə orta temperatur 24°C-dir. Ən isti ay yanvar, ən yağışlı ay isə fevraldır. Ekspertlər səyahət planlaşdırarkən təkcə temperaturu deyil, yağışlı mövsümü də nəzərə almağı tövsiyə edirlər. Beləliklə, ilboyu isti olan bu istiqamətlər həm qışda günəşli istirahət axtaranlar, həm də yay tətilini fərqli ölkədə keçirmək istəyənlər üçün uyğun seçim ola bilər.