İldə 37 milyon dollar qazanır

28.07.2026

Axsham.az saytına istinadən Icma.az xəbər verir.

NBA-də çıxış edən milli basketbolçu Alperen Şengün ailəsinə etdiyi bahalı hədiyyə ilə gündəmə gəlib.

Axşam.az xəbər verir ki, Alperen Şengün ailəsi üçün İstanbulun ən prestijli ərazilərindən biri olan Bebekdə lüks ev alıb. Məlumata görə, illik qazancı 37 milyon dollar olan 24 yaşlı idmançı uşaqlıqdan ona dəstək olan valideynlərinə bu sürprizi edib.

Digər tərəfdən, Alperen Şengün bir müddət əvvəl sosial şəbəkələrdən uzaqlaşdığını açıqlayıb. O bildirib ki, telefonundan bütün sosial media tətbiqlərini silib.

Basketbolçu əvvəllər mənfi rəylərin onu motivasiya etdiyini, lakin son vaxtlar bunun psixoloji durumuna mənfi təsir göstərdiyini deyərək bu addımı atdığını vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью