İldırım can aldı İndoneziyada

25.05.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

İndoneziyanın Cənubi Sulavesi əyalətindəki Monrolo dağının zirvəsində ildırım vurması nəticəsində 1 turist ölüb, 4 nəfər xəsarət alıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ANTARA agentliyi xilasetmə xidmətlərinə istinadən məlumat yayıb.

Makassar axtarış-xilasetmə idarəsinin rəhbəri Məhəmməd Arif Ənvərin məlumatına görə, faciə mayın 24-ü axşam, beş turistdən ibarət qrupun hündürlüyü təxminən 1 109 metr olan Monrolo dağının zirvəsinə qalxdığı zaman baş verib.

Xəsarət alanların və ölən şəxsin meyitinin təxliyəsi üçün 40-dan çox axtarış-xilasetmə xidməti əməkdaşı, yanğınsöndürən, tibb işçisi və könüllü göndərilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью