Demokrat.az saytına istinadən Icma.az xəbər verir.
İldırım buludların içində müsbət və mənfi elektrik yüklərinin toplanması nəticəsində yaranır.
Buludun daxilində hərəkət edən su damcıları və buz zərrəcikləri bir-biri ilə toqquşaraq sürtünür. Bu zaman yüngül buz kristalları müsbət yük gətirərək buludun yuxarı hissəsinə qalxır. Daxilində daha çox su saxlayan ağır hissəciklər isə mənfi yük toplayaraq buludun aşağı hissəsinə enir.
Aşağıdakı mənfi yüklər artdıqca Yerin səthindəki müsbət yükləri özünə çəkməyə başlayır. Buludla Yer, yaxud iki müxtəlif bulud arasındakı gərginlik fərqi son həddə çatanda hava ionlaşır və elektrik cərəyanı üçün keçirici kanala çevrilir.
Nəticədə böyük gücə malik elektrik boşalması baş verir. Bu zaman yaranan parlaq işıq şüası ildırım, havanın birdən-birə qızaraq genişlənməsi isə göy gurultusu yaradır.
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın. Buludun daxilində hərəkət edən su damcıları və buz zərrəcikləri bir-biri ilə toqquşaraq sürtünür. Bu zaman yüngül buz kristalları müsbət yük gətirərək buludun yuxarı hissəsinə qalxır. Daxilində daha çox su saxlayan ağır hissəciklər isə mənfi yük toplayaraq buludun aşağı hissəsinə enir.