İldırım vurması nəticəsində 5 uşaq xəsarət alıb | Icma.az
Reyting.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Yaponiyada məktəb meydançasına ildırım düşüb, beş şagird xəsarət alıb.Reyting.az xəbər verir ki, bu barədə “SkyNews” məlumat yayıb.Uşaqların Yaponiyanın qərbindəki Kyoto yaxınlığındakı Nara şəhərindəki məktəbdə futbol oynadığı bildirilir.
İldırım düşəndə oğlanlardan biri huşunu itirib. Qalan dörd uşaq isə danışa bilməyib.
Bütün zərərçəkənlər xəstəxanaya yerləşdirilib.Qeyd edək ki, yağan leysandan sonra ildırım çaxıb.
Bir gün əvvəl sinoptiklər bölgə üçün tufan xəbərdarlığı etmişdilər. Polis və yanğınsöndürənlər araşdırma aparırlar.V.
QULİYEV Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu