İlham Bayramov yüksək vəzifəyə TƏYİN OLUNDU

20.11.2024

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İlham Bayramov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini təyin edilib.
Bizim.Media xəbər verir ki, bu barədə “apa.az”a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.
 

Qeyd edək ki, İlham Bayramov 1970-ci ildə Zəngəzur mahalının Qarakilsə rayonunun Urud kəndində anadan olub.


M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin “Torpaqşünaslıq və aqrokimya” fakültəsinin məzunudur.
Son təyinata qədər İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-nin Baş direktoru vəzifəsində çalışıb.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью