İlham Əliyev Aleksander Van der Belleni təbrik etdi KONKRET

26.10.2025

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avstriya Respublikasının Federal Prezidenti Zati-aliləri cənab Aleksander Van der Bellenə məktub ünvanlayıb.

KONKRET.az xəbər verir ki, məktubda bunlar bildirilib:

“Hörmətli cənab Federal Prezident,
Avstriya Respublikasının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Avstriya arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, Avstriya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью