Yenicag saytına istinadən Icma.az xəbər verir.
FIFA-nın prezidenti Canni İnfantino Azərbaycanın Prezidenti İlham Əliyevlə birlikdə ilk dəfə keçirilən FIFA U-15 Dünya Kuboku və Festivalının açılış oyununu izləyib.
Yenicag.az xəbər verir ki, İnfantino bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
O, oyun zamanı İlham Əliyevlə futbol sevgisi, bu idman növünün insanlara ümid vermək, sevinc bəxş etmək, xalqları yaxınlaşdırmaq və ömürlük dostluqlar yaratmaq gücü barədə söhbət etdiklərini bildirib.
FIFA prezidentinin sözlərinə görə, İlham Əliyevin və Azərbaycan hökumətinin dəstəyi yarışın Bakıda keçirilməsində mühüm rol oynayıb. O, 189 FIFA üzvü assosiasiyasından olan gənc istedadlara dünya səhnəsində öz arzularını gerçəkləşdirmək imkanı yaratmaq üçün Azərbaycanla əməkdaşlıq etməkdən məmnun olduqlarını vurğulayıb.
Həmçinin, Canni İnfantino dövlət başçısına xatirə hədiyyələri təqdim edib.