İlham Əliyev azad edilmiş ərazilərlə bağlı sərəncam İMZALADI | Icma.az
Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli 2303 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.
Redaktor.az həmin sərəncamı təqdim edir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1.
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli 2303 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 11, maddə 1372 (Cild I) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin: 1.1.
“Anar Ələkbərov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi” abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin: “Xalid Əhədov – Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi”; 1.2.
“Elçin Əmirbəyov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi” və “Xalid Əhədov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi” abzasları aşağıdakı redaksiyada verilsin: “Fərəh Əliyeva – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Elçin Əmirbəyov – Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi”; 1.3.
“Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla)” sözləri “Ağdam, Füzuli və Xocavənd rayonlarında” sözləri ilə əvəz edilsin; 1.4.
“Fərəh Əliyeva – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri” sözləri “Aydın Kərimov – Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi” sözləri ilə əvəz edilsin; 1.5.
Tam oxu
Xəbəri oxu