İlham Əliyev: Azərbaycan 100 % genişzolaqlı internet əhatə dairəsi ilə regionda liderdir

17.11.2025

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan bu gün 100 %-lik genişzolaqlı internet əhatə dairəsi ilə regionda lider mövqe tutur.

Bakıvaxtı.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda keçirilən Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının (WTDC-2025) iştirakçılarına müraciətində bildirib.

Onun sözlərinə görə, rəqəmsal şəxsiyyət sahəsində də ölkəmiz qabaqcıl ölkələr sırasındadır: "SİMA" adlı biometrik rəqəmsal imza sistemini artıq 3,6 milyon istifadəçi qəbul edib, 80-dən çox dövlət informasiya sisteminə inteqrasiya olunub. Təsadüfi deyil ki, Azərbaycan BMT-nin "Elektron Hökumətin İnkişafı İndeksi"nin ən yüksək kateqoriyası qrupuna daxil olub. Məqsədimiz növbəti beş il ərzində bu indeksdə ilk 40 ölkə sırasında yer almaqdır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью