İlham Əliyev azərbaycanlı professoru təltif etdi

25.11.2024

Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Prezident İlham Əliyev Gövhər Baxşəli qızı Baxşəliyevanın "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Bununla bağlı President.az məlumat yayıb.

Sərəncama əsasən, G.Baxşəliyeva Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə və elmin inkişafında xidmətlərinə görə təltif edilib.

Qeyd edək ki, G.Baxşəliyeva filologiya elmləri doktoru, professor, AMEA-nın Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş direktoru, İctimai Elmlər Bölməsinin sədri, AMEA-nın həqiqi üzvüdür.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью