İlham Əliyev: “Biz sizinlə Cəbrayılda görüşəcəyik...” | Icma.az
Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bu, sadəcə, bir vəd deyil, Zəfərli Qayıdışın müjdəsi idi Kiçik Qafqaz dağlarının cənub-şərqində, Araz çayının sol sahilində, İran İslam Respublikası ilə qonşuluqda yerləşən Cəbrayıl rayonunu Ermənistan Silahlı Qüvvələri 1993-cü il avqustun 23-də işğal etmişdi.
Cəbrayıl əhalisi əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq, baramaçılıqla məşğul olub.
Rayonda quruculuq işləri isə ötən əsrin 70-ci illərindən genişlənib.
O zaman rayon mərkəzində yeni yaşayış massivlərı salınıb, kəndlər abadlaşdırılıb.
Cəbrayılın rəmzi yurdun qədimliyinin timsalı olaraq yaşı əsrlərə söykənən Xan çinar olub.
Həmin dövrdə Cəbrayılın hərtərəfli inkişafında ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə regionda üzümçülüyün genişləndirilməsinin önəmli rolu olub.
Rayonun o illərdəki yüksəlişini Ulu öndər 1996-cı il sentyabrın 7-də Füzuli, Cəbrayıl və Qubadlının işğalının üçüncü ildönümü ilə əlaqədar həmin rayonların ictimaiyyət nümayəndələri ilə keçirdiyi görüşdə belə yada salmışdı: “Xatirimdədir, Cəbrayıl rayonu pambıq əkirdi, hər il də mən oranın rəhbərlərini tənqid edirdim ki, onlar 2 min tondan artıq pambıq yığa bilmirlər.
Tam oxu
Xəbəri oxu