İlham Əliyev böyük planlar quran bir liderdir Deputat

14.01.2026

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Prezident İlham Əliyev Ağdərə sakinləri ilə görüşü zamanı qeyd edib ki, son 80 il ərzində Azərbaycan kimi tam və müstəqil Qələbə qazanan ikinci ölkə olmayıb. Əlavə olaraq dövlət başçısı vurğulayıb ki, hər ay Qarabağa qayıdan vətəndaşların sayı artır.

Milli Məclisin deputatı Aydın Mirzəzadə Redaktor.az-a açıqlamasında bildirdi ki, Azərbaycan bir çox ilklərin sahibidir:

"İşğal altında olan torpaqlarımızı öz gücümüzlə işğaldan azad etdik. İşğalçı dövləti ərazi bütövlüyümüzü tanımağa məcbur etdik. İşğaldan azad olunan əraziləri qısa zamanda bərpa etməyə başladıq və artıq məcburi köçkünlərin 10%-i öz dədə-baba torpağına qayıdıb".

Millət vəkilinin sözlərinə görə, Azərbaycan bungün regionun iqtisadiyyatında, təşəbbüslərində, beynəlxalq birlikdə nümunə göstərməkdə liderdir.

"Azərbaycan bu gün beynəlxalq birlikdə tanınan bir ölkədir. Bütün bunların hamısı Azərbaycan xalqının qüdrətini, tarixi bacarığını göstərir. Hər şey Azərbaycan əsgərinin qəhrəmanlığı, Azərbaycan xalqının bacarığı nəticəsində mümkün oldu. Bütün olanlar ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi nəticəsində mümkün oldu. Bütün bunlar hamısı Azərbaycan Prezidenti cənab İlham Əliyevin xalqın dəstəyinə arxalanaraq Azərbaycan üçün şərəfli bir tarix yazması nəticəsində mümkün oldu.

Bungün xalq-iqtidar birliyi mövcuddur. Bu gün lider hər bir vətəndaşının yanındadır. Bugün liderimiz, cənab prezidentimiz, hər bir kəsi narahat edən bu və ya digər məsələnin həlli ilə bağlı böyük planlar quran bir liderdir. Bundan sonra da Azərbaycan öz suverenliyini ən yüksək şəkildə təsdiq edəcək, qarşımızda duran məsələləri həll edəcək və dünyaya necə güclü, müasir, demokratik, vətəndaşının problemlərini həll etməyə həmişə çalışan bir dövlət olduğunu göstərəcək", - deyə Aydın Mirzəzadə yekunlaşdırdı.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью