Icma.az bildirir, Bizim media portalına istinadən.
Prezident İlham Əliyev Azərbaycan Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.
Bizim.Media xəbər verir ki, Sərəncamla Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:
“general-polkovnik” ali hərbi rütbəsi:
general-leytenant Hikmət İzzət oğlu Mirzəyevə
“general-mayor” ali hərbi rütbəsi:
polkovnik Ələkbər Məhəmməd oğlu Cahangirova
polkovnik Gündüz Əliş oğlu Əbdülova
polkovnik Azər Əlövsət oğlu Qasımova
“ədliyyə general-mayoru” ali hərbi rütbəsi:
ədliyyə polkovniki Elçin Nəriman oğlu Əliyevə.
Bizim.Media