İlham Əliyev: Bu, ortaq məqsədlərimizə xidmət edəcək

31.07.2026

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul olunub.

Modern.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Çolpon-Ata şəhərində keçirilən Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclasında bildirib.

Dövlətimizin başçısı qeyd edib: “Şadam ki, Azərbaycan-Qırğız Fondu uğurla fəaliyyət göstərir. Fondun vəsaitlərinin artırılması barədə qərar qəbul etdik və bir neçə layihə artıq həyata keçirilir. Əminəm ki, Fond inkişaf etdikcə, layihələrin sayı da artacaq. Bu, ortaq məqsədlərimizə xidmət edəcək”.

Həmçinin ölkə başçısı vurğulayıb ki, Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir.

“Bu, qarışıqlı fəaliyyətin ən yüksək səviyyəsidir”, - deyə vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью