İlham Əliyev bu qanunu təsdiqlədi | Icma.az
Gununsesi saytına istinadən Icma.az xəbər verir. Prezident İlham Əliyev ekosistemə qəsdən genişmiqyaslı, uzunmüddətli və ciddi zərər vuranla
Gununsesi.info xəbər verir ki, dövlət başçısı bununla bağlı Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb.
Belə ki, Cinayət Məcəlləsinə “Ekosid” anlayışı əlavə edilib və bu cinayəti törədən şəxslər qanun çərçivəsində məsuliyyətə cəlb olunacaq.
Dəyişikliklə bitki və ya heyvanlar aləminin kütləvi məhv edilməsi, atmosferin, torpaq və ya su ehtiyatlarının zəhərlənməsi, yaxud ekologiyaya ziyan vuran digər hərəkətlərin qəsdən törədilməsi, bu əməllər ekoloji fəlakətə səbəb olduqda və ya ekoloji fəlakətin baş verməsi üçün real təhlükə yaratdıqda – on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Gununsesi.info Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu