İlham Əliyev: Bu, tarixi hadisədir

09.08.2025

Icma.az, News24 portalına istinadən məlumat yayır.

ABŞ Prezidenti tərəfindən Ağ Evə dəvət olunmağım çox böyük şəfərdir və bu tarixi hadisədir.

News24.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev avqustun 8-də Ağ Evdə ABŞ Prezidenti Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyanla birgə keçirdiyi mətbuat konfransında deyib.

Dövlət başçısı ABŞ-Azərbaycan münasibətlərinin perspektivlərinə də toxunub: "Biz yeni tarixə şahid oluruq. ABŞ-Azərbaycan arasındakı münasibətlərdə yeni səhifə açılır. Strateji Tərəfdaşlıq Xartiyası bir neçə aya hazırlanacaq. Azərbaycan üçün ABŞ ilə strateji tərəfdaş olmaq böyük uğur və məsuliyyətdir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью