İlham Əliyev Çin Xalq Respublikasına dövlət səfərinə gedib

22.04.2025

Icma.az, Missiya.az saytına istinadən bildirir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 22-də Çin Xalq Respublikasına dövlət səfərinə gedib.

Missiya.Az xəbər verir ki, Pekin Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Çin Xalq Respublikasının nəqliyyat naziri Liu Vey və digər rəsmi şəxslər qarşılayıblar.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью