İlham Əliyev daha bir sərəncam imzaladı KONKRET

16.10.2026

Icma.az bildirir, Konkret.az portalına istinadən.

Prezident İlham Əliyev “Əlilliyi olan şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli 3493 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

KONKRET.az sərəncamın mətnini təqdim edir:

“Əlilliyi olan şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli 3493 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 9, maddə 1071 (Cild I); 2024, № 2, maddə 170; 2025, № 12 (I kitab), maddə 1154) 1-ci hissəsində “2026-cı” sözləri “2029-cu” sözləri ilə əvəz edilsin.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью