İlham Əliyev dörd şəhərə yeni baş konsul TƏYİN ETDİ Doğru Xəbərlər

18.11.2024

Dogru.az saytına istinadən Icma.az xəbər verir.

Prezident İlham Əliyev Fuad Süleyman oğlu Əzizovun Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

Dövlət başçısının digər sərəncamı ilə Ayxan Firudin oğlu Süleymanlı Qazaxıstan Respublikasının Aktau şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilib.

Bundan başqa, İlham Əliyev Vüqar İsrayıl oğlu Qurbanovun Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında Sərəncam da imzalayıb.

Prezidentin digər sərəncamı ilə Zamin Məmməd oğlu Əliyev Türkiyə Respublikasının Qars şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilib.

DOĞRU.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью