Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ölkə.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciətində bildirib.
Dövlət başçısı qeyd edib ki, bunların hamısı regional və qlobal problemlərin həlli istiqamətində ortaq gündəliyin müəyyənləşdirilməsini, mühüm məsələlərə dair vahid mövqeyin formalaşdırılmasını və bütün istiqamətlər üzrə fəaliyyətin əlaqələndirilməsini labüd edir:
"İkitərəfli əsasda həyata keçirdiyimiz hərbi təlimlər müdafiə sahəsində əməkdaşlığımıza töhfə verməklə, dövlətlərarası əlaqələrimizin strateji mahiyyətini bir daha bariz şəkildə təsdiq edir".