İlham Əliyev: Dünyada müttəfiqlikdən yüksək münasibət səviyyəsi yoxdur

31.07.2026

Azvision saytından verilən məlumata görə, Icma.az xəbər verir.

AzVision.az bu barədə Qırğızıstan mətbuatına istinadla xəbər verir.
Sadır Japarov bildirib ki, İlham Əliyevin dəstəyi ilə Qırğızıstan və Azərbaycan dostluq və qarşılıqlı etimada əsaslanan strateji tərəfdaşlıq münasibətləri qurub. Onun sözlərinə görə, bu gün iki ölkə arasındakı əlaqələr müttəfiqlik səviyyəsinə yüksəlib.
Qırğızıstan Prezidenti, həmçinin İlham Əliyevin Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əməkdaşlığın inkişafına verdiyi töhfəni qeyd edib. O vurğulayıb ki, Azərbaycanın Mərkəzi Asiya dövlət başçılarının Məşvərət Görüşlərində iştirakı ticarət, nəqliyyat və energetika sahələrində yeni əməkdaşlıq imkanları yaradır.
SadırJaparov əlavə edib ki, İlham Əliyevin iki ölkə arasında dostluq münasibətlərinin möhkəmləndirilməsindəki xidmətləri Qırğızıstan xalqı tərəfindən yüksək qiymətləndirilir.
Dövlət başçımız isə göstərilən yüksək etimada görə təşəkkür edərək bildirib ki, təqdim olunan mükafatı qardaş ölkələr arasında əlaqələrin inkişafı istiqamətində fəaliyyətinə verilən qiymət kimi qəbul edir.
"Dövlətlərimiz əməkdaşlığımız dövründə böyük və şərəfli yol keçərək münasibətlərini strateji müttəfiqlik səviyyəsinə yüksəldib. Dünyada bundan daha yüksək münasibət səviyyəsi yoxdur", – deyə Prezident vurğulayıb.
İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarova ikitərəfli əlaqələrin möhkəmləndirilməsində roluna görə təşəkkür edib və dostluq münasibətlərinin əməkdaşlığın uğurlu inkişafına mühüm töhfə verdiyini bildirib.
Dövlət başçısı əlavə edib ki, Qırğızıstan və Azərbaycan arasında münasibətlərin xalqların rifahı naminə bundan sonra da ardıcıl inkişafı üçün səylərini davam etdirəcək.
Qeyd edək ki, bundan əvvəl prezidentlər bir-birlərinə dövlət mükafatlarını təqdim ediblər. İlham Əliyev Sadır Japarovu "Heydər Əliyev" ordeni, Sadır Japarov isə İlham Əliyevi I dərəcəli "Manas" ordeni ilə təltif edib.
Səbinə Həsənova
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью