İlham Əliyev Əhməd ƏlTayyibə başsağlığı verib

16.11.2024

Operativ MM portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Prezident İlham Əliyev Əl-Əzhərin Şeyxi, Müsəlman Ağsaqqalları Şurasının sədri Əhməd Əl-Tayyib Həzrətlərinə başsağlığı məktubu göndərib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, başsağlığı mətnində deyilir
"Zati-həzrətləri,

Ailənizə üz vermiş ağır itki – bacınız Samiha Məhəmməd Əl-Tayyibin vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu üzüntülü anlarda dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə səbir diləyir, dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью