İlham Əliyev FIFA prezidenti ilə görüşdü

12.11.2024

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də FIFA-nın prezidenti Canni İnfantino ilə görüşüb.

Futbolpress.az xəbər verir ki, ıvvəlcə FIFA-nın prezidenti xatirə hədiyyələrini və xüsusi olaraq hazırlanmış, üstündə Azərbaycan Prezidentinin adı və soyadı olan topu dövlətimizin başçısına təqdim edib.

Prezident İlham Əliyev COP29-da iştirak etdiyinə görə Canni İnfantinoya təşəkkürünü bildirib.

Qonaq da öz növbəsində, COP29-a dəvətə və bu mötəbər tədbirin yüksək səviyyədə təşkilinə görə dövlətimizin başçısına minnətdarlığını ifadə edib.

Söhbət zamanı Azərbaycanda idmanın bütün növləri kimi, futbola da göstərilən dövlət qayğısı qeyd olunub, Canni İnfantinonun ölkəmizdə futbolun inkişafına verdiyi dəstəyə görə minnətdarlıq bildirilib.

Görüşdə Azərbaycan ilə FIFA arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi məmnunluqla vurğulanıb, bu əməkdaşlığın gələcəkdə də davam edəcəyinə əminlik ifadə olunub. Azərbaycanda FIFA-nın təşkilatçılığı ilə tədbirlərin keçirilməsi məsələsi müzakirə edilib.

Əsas xəbərlər, Ölkə futbolu “Qarabağ”ın oyunu FIFA referisinə tapşırılacaq

31 Oktyabr 2024, 11:01

Əsas xəbərlər, Ölkə futbolu Azərbaycan millisi reytinqdə gerilədi

24 Oktyabr 2024, 12:21

Əsas xəbərlər, Ölkə futbolu Bu stadionun ot örtüyü dəyişdirilir – FOTOLAR

21 Oktyabr 2024, 17:59

Dünya futbolu, Əsas xəbərlər Fələstinlilər İsrail yığmasının beynəlxalq yarışlardan kənarlaşdırılmasını istəyir

26 Sentyabr 2024, 12:53

Əsas xəbərlər, Ölkə futbolu Reytinq: Azərbaycan millisi gerilədi

19 Sentyabr 2024, 12:04

Əsas xəbərlər, Ölkə futbolu, Premyer liqa “Qarabağ” – “Neftçi” oyunu FIFA referisinə tapşırıldı

19 Sentyabr 2024, 10:20

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью