İlham Əliyev gələn ilin dövlət büdcəsini TƏSDİQLƏDİ

27.12.2024

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Prezident İlham Əliyev Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.

Bununla bağlı President.az məlumat yayıb.

Qanuna görə, gələn il büdcənin gəlirlərinin 38 milyard 356 milyon manat (2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 5.4% çox), xərclərinin isə 41 milyard 407.6 milyon manat (4.2% çox) olacağı gözlənilir.

Bundan başqa, dövlət başçısı "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 93-VIIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə Fərman da imzalayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью