İlham Əliyev iki daimi nümayəndəni geri çağırdı, birinə yeni vəzifə verdi

06.08.2026

Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Fəxrəddin Nəcəf oğlu İsmayılov Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi, Elman Telman oğlu Abdullayev isə Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb.

BAKU.WS President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncamlar imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Fəxrəddin Nəcəf oğlu İsmayılov Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi təyin edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью