İlham Əliyev ilə iranlı nazir avtomobil körpüsünün tikintisi ilə bağlı fikir mübadiləsi aparıblar

08.04.2025

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Prezidenti İlham Əliyevlə İranın yol və şəhərsalma naziri, Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədri Fərzanə Sadiqi Araz çayı üzərində avtomobil körpüsünün tikintisi layihəsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Bakıvaxtı.az xəbər verir ki, görüşdə Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı, Araz çayı üzərində Ağbənd və Kəlalə məntəqələrini birləşdirən avtomobil körpüsünün tikintisi layihəsi və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью