Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan Prezidenti İlham Əliyevlə ABŞ Prezidenti Donald Tramp arasında avqustun 8-də baş tutan telefon danışığı 40 dəqiqədən çox davam edib.
Redaktor.az xəbər verir ki, bu barədə 1news.az-a etibarlı mənbələrdən bildirilib.
Məlumata görə, telefon danışığı Donald Trampın təşəbbüsü ilə baş tutub və 8 avqust 2025-ci ildə keçirilmiş Vaşinqton Sülh Sammitinin birinci ildönümünə təsadüf edib. Azərbaycan və ABŞ liderləri arasında söhbət dostluq və isti atmosferdə keçib.