“İlham Əliyev. İnkişaf məqsədimizdir” çoxcildliyinin 151 ci kitabı çapdan çıxıb

05.11.2026

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 5 noyabr, AZƏRTAC

Amerika Birləşmiş Ştatlarının Vitse-prezidentinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmək bizim üçün böyük şərəfdir. Biz indicə ikitərəfli gündəliyimizin müxtəlif aspektlərini, həmçinin regional inkişafı müzakirə etdik. İndi isə daha geniş kontekstdə dialoqumuzu davam etdirəcəyik. Biz ölkələrimiz arasında münasibətlərə, xüsusilə son 6 ayda baş verənlərə yüksək dəyər veririk. Bu müddət bizim tərəfdaşlığımız üçün tamamilə möhtəşəm olmuşdur. Son 6 ayda mənim Prezident Trampla iki görüşüm olub. Bu görüşlər və sizin Azərbaycana rəsmi səfəriniz həqiqətən, tərəfdaşlığımızı gücləndirmək üçün qarşılıqlı maraq və qarşılıqlı iradənin olduğunu nümayiş etdirir. Bu gün tərəfdaşlığımız rəsmi şəkildə daha yüksək səviyyəyə qalxacaq. Fəaliyyətin həcmi və komandalarımız arasında qarşılıqlı əlaqələr həqiqətən, yüksəksəviyyəli tərəfdaşlıq ruhunu nümayiş etdirir.

AZƏRTAC xəbər verir ki, “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin çapdan yeni çıxmış 151-ci kitabında yer alan bu fikirləri dövlətimizin başçısı fevralın 10-da Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Ceyms Devid Vens ilə geniş tərkibdə görüşündə çıxışı zamanı söyləyib.

Çoxcildliyin bu kitabında toplanmış materiallar 2026-cı fevralından mart ayınadək olan dövrü əhatə edir.

Bu nəşrdə dövlət başçısının Almaniya Federativ Respublikası və Serbiya Respublikasına rəsmi, Amerika Birləşmiş Ştatlarına işgüzar səfərlərinə, Sülh Şurasının ilk iclasında, Təhlükəsizlik Şurasının, “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və “Yaşıl enerji” Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumunda iştirakına dair materiallar toplanıb.

Kitabda, həmçinin ABŞ-nin Vitse-prezidentinin, Efiopiya Federativ Demokratik Respublikasının Baş nazirinin ölkəmizə səfərlərinə, “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası” nın imzalanması mərasiminə, dövlətimizin başçısının Avropa İttifaqı Şurasının Prezidenti ilə təkbətək görüşünə, Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışı mərasimində iştirakına aid materiallar, o cümlədən Azərbaycan telekanallarına, “France-24” telekanalına müsahibələri yer alıb.

Çoxcildliyin buraxılışına məsul “Azərnəşr”in baş redaktoru Əlövsət Ağalarovdur.

Bu cildin hazırlanmasında da Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью