İLHAM ƏLİYEV İSRAİL VƏ TÜRKİYƏNİ BİR ARAYA GƏTİRİB İki ölkə rəsmiləri Suriyada toqquşmamaq üçün Bakıda görüşüb

10.04.2025

Icma.az bildirir, Mia.az saytına əsaslanaraq.

Gərgin münasibətlərdə olan Türkiyə ilə İsrail rəsmiləri Bakıda görüşüb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi açıqlama verib.

Bildirilib ki, Türkiyə ilə İsrail arasında Suriyada "arzuolunmaz toqquşma olmaması" üçün Bakıda isail tərəfi ilə ilk təmas olub: "İlk texniki görüş dünən Azərbaycanda keçirilib".

Türkiyənin Haberler.com saytı isə yazır ki, iki iölkənin yenidən sülh üçün bir araya gəlməsi Azərbaycan prezidenti İlham Əliyevin sayəsindədir: "İlham Əliyev iki ölkəni bir araya gətirib..."  

Firudin Səfərli

MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью