İlham Əliyev İtaliya prezidentinə məktub göndərib MƏTN

02.06.2025

Mia.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyev İtaliya prezidenti Sercio Mattarellaya  Respublika Günü münasibətilə məktub göndərib.

Mia.az xəbər verir ki, məktubda deyilir:

“Ən iri ticarət tərəfdaşımız olan İtaliyanı təmsil edən şirkətlər Azərbaycanda uzun illərdən bəri uğurla fəaliyyət göstərir və ikitərəfli münasibətlərimizin dərinləşməsində xüsusi rol oynayır. İşğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması işlərində ölkənizin şirkətlərinin yer alması tərəfdaşlığımızın yüksək səviyyəsindən xəbər verir”.

Dövlət başçısı qeyd edib ki, enerji sektorunda əməkdaşlıq Azərbaycan-İtaliya münasibətlərinin aparıcı istiqamətlərindən biridir:

“Bu sahədə geniş gündəliyə malik səmərəli işbirliyimiz, Cənub Qaz Dəhlizi çərçivəsində birgə fəaliyyətimiz Avropanın enerji təhlükəsizliyinin təminatına böyük töhfə verir.

Humanitar əlaqələrimizin də yüksələn xətt üzrə inkişafı məmnunluq doğurur. İtaliyanın beş aparıcı universiteti ilə birgə layihə çərçivəsində yaradılan İtaliya-Azərbaycan Universiteti əməkdaşlığımızın şaxələndirilməsinin gözəl nümunəsidir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью