İlham Əliyev Jelka Tsviyanoviç ilə görüşdü FOTO

12.03.2026

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Jelka Tsviyanoviç ilə görüşüb.
Bizim.Media xəbər verir ki, söhbət zamanı Prezident İlham Əliyevin Jelka Tsviyanoviçlə görüşləri məmnunluqla xatırlanıb, ölkələrimiz arasında münasibətlərin genişlənməsi qeyd edilib, müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.
Jelka Tsviyanoviç ənənəvi olaraq keçirilən Qlobal Bakı Forumunda bir neçə dəfə iştirak etdiyini bildirib.
Görüşdə XIII Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunulub, bu tədbirin yüksək səviyyədə təşkil olunduğu qeyd edilib. Forumda həmişə olduğu kimi bu dəfə də, xüsusilə dünyada hazırkı vəziyyət fonunda çox aktual qlobal məsələlərin müzakirə edildiyi vurğulanıb.


Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью